Filarmoniya bağında çal-çağır
1 İyun
- Beynəlxalq Uşaqları
Müdafiə Günü
mədəniyyət müəssisələrində
müxtəlif tədbirlərlə
qeyd olundu.
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi isə əlamətdar gün münasibətilə Filarmoniya
bağında əsl bayram şənliyi təşkil etmişdi.
Burada tanınmış
estrada ifaçıları,
paytaxtın mədəniyyət
müəssisələri və
uşaq musiqi məktəblərinin kollektivləri
rəngarəng konsert
proqramı ilə çıxış etdilər.
Səhər saat 11-dən 17-dək davam edən tədbirdə uşaqların
əyləncəsini yüksək
səviyyədə təşkil
etmək üçün
hər bir şey nəzərə alınmışdı. Bayram tədbirinə
gələnlərin ard-arası
kəsilmirdi. Filarmoniya bağının
müxtəlif yerlərində
fərqli səhnələr
qurulmuşdu. Bir məkanda
balacalar rəqs nömrələri ifa edir, digər tərəfdə sehrbaz müxtəlif nömrələr
göstərir, müxtəlif
nağıl qəhrəmanları
uşaqlarla şəkil
çəkdirir və
oyunlar təşkil edirdilər.
Bağda uşaqların əl
işlərindən ibarət
sərgi təşkil
edilmişdi. Qızların daha çox marağına səbəb
olacaq rəngli daş-qaşlardan hazırlanmış
qolbaqlar, boyunbağılar,
suvenirlər və müxtəlif bəzək
əşyaları da satışa çıxarılmışdı.
Kitab mağazaları uşaqlar
üçün endirimli
qiymətlərlə nəşrlər
təklif edirdilər.
Bağın bir hissəsində
isə rəsmlər çəkən balacalar toplaşmışdı. Onlar həm
çəkdiklərini sərgiləyir,
həm də bağa toplaşanlar üçün yeni rəsmlər çəkirdilər.
Tədbirdə
Bakı Estrada, Uşaq,
Folklor teatrlarının,
“Cırtdan” kukla teatrının, mədəniyyət
müəssisələri kollektivlərinin
tamaşaları da nümayiş olunurdu. İncəsənət məktəbləri şagirdlərinin dekorativ
sənət nümunələrindən
ibarət sərgi-yarmarkası
da maraqla qarşılandı.
Konsertdə şən klounlar,
nağıl personajları
da tez-tez gözə dəyirdi.
Müxtəlif nağıl qəhrəmanları
uşaqlarla şəkil
çəkdirir, şənliyin
ovqatına əlavə
rəng qatırdılar.
Bayramda müxtəlif viktorinalar, oyunlar da təşkil
edilmişdi. Qaliblər isə
xüsusi hədiyyələrlə
mükafatlandırılırdılar.
Tədbirdə həmçinin Beynəlxalq
Uşaqları Müdafiə
Gününə həsr
edilmiş “Heydər Əliyev və Azərbaycan” mövzusunda festivalın qaliblərinin
təltif olunma mərasimi və iştirakçıların əl
işlərinin nümayişi
də oldu. Şux rəqslər və musiqilər, rəngarəng
tədbirlər, tamaşalar
uşaqlara əsl bayram sevinci yaşatdı.
N.İxtiyarqızı
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 13.